. : MƏTBUAT BÜLLETENİ


[31.05.2008]
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mayın 31-də Böyük Britaniya Mərkəzi Seçki Komissiyasının sədri Semi Yanqeri qəbul etmişdir. Görüşdə iki qurum arasındakı münasibətələrin hazırki durumu barədə fikir mübadiləsi aparılıb və gələcəkdə əlaqələrin daha daha dərinləşdirilməsinin vacidliyi vurğulanıb. Sədrlər qarşılıqlı maraq doğuran məsələlər barədə də müzakirələr aparıblar.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[27.05.2008]
Mayın 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının  növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 7 may  2008-cı il tarixli iclasının protokolu təsdiq edilmişdir.
Sonra MSK sədri seçki komissiyalarının katibliklərində çalışan hüquqşünaslar  üçün təlim-seminarın keçirilməsinə dair məsələ barədə  məlumat vermişdir. Komissiya qərara almışdır ki, həmin təlim-seminar may ayının 30-da keçirilsin.
Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələ barədə məlumat vermişdir. Bu məsələylə bağlı çıxış edən Komissiyanın sədri M. Pənahov isə bildirmişdir ki, artıq böyük bir mərhələyə yekin vurulur. Yanvarın əvvəllərindən başlayan proses bu gün yekunlaşır. Komissiyalar bu seçki sənədinin dəqiqləşdirilməsi üçün irimiqyaslı iş aparmışlar. Seçki Məcəlləsinin tələbinə görə, seçici siyahılarının tərtibində müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumları başçılarının da köməyindən  istifadə olunmuşdur. Mərkəzi Seçki Komissiyası ölkə üzrə seçicilərin daimi siyahısını MSK nəzdindəki “Seçkilər” İnformasiya Mərkəzi vasitəsilə tərtib etmişdir. İclasdan öncə Komissiya üzvləri Mərkəzdə olmuş və seçici siyahılarının bu qurum tərəfindən dəqiqləşdirilməsi prosesi ilə əyani tanış olmuşlar. Sonra MSK katibi seçicilərin vahid siyahısının təsdiqlənməsini təklif etmişdir. Mərkəz Seçki Komissiyası qərara almışdır ki, cari ilin seçici siyahılarının dəqiqləşdirilməsi işi başa çatmış hesab olunaraq siyahılar məntəqə seçki komissiyaları tərəfindən təsdiq edilmək üçün müvafiq dairə seçki komissiyalarına göndərilsin. Bundan əlavə, ölkə üzrə seçicilər siyahısının Mərkəzi Seçki Komissiyasının  internet saytında yerləşdirilməklə ictimailəşdirilməsi də qərara alınmışdır.
Bəzi seçki dairələrinin adlarında, habelə onlara aid olan ərazi vahidlərinin adlarında müvafiq dəyişiklik edilməsinə dair məsələ barədə Komissiya sədrinin müavini Svetlana Qasımova məlumat vermişdir. 46 saylı Əlibayramlı seçki dairəsinin adı dəyişdirilərək 46 saylı Şirvan, 101 saylı Xanlar-Daşkəsən seçki dairəsinin adı isə dəyişdirilərək 101 saylı Göy-göl- Daşkəsən seçki dairəsi  adlandırılmışdır. Bundan əlavə, bəzi seçki dairələrinin tərkibində müvafiq dəyişikliklər edilməsi haqqında qərar çıxarılmışdır.
İclasda 17 saylı Yasamal üçüncü, 21 saylı Nəsimi birinci və 83 saylı Ağcabədi – Ağdam seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsinə dair qərarlar qəbul olunmuşdur.  
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Yaponiya səfirliyinin və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[27.05.2008]
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarının katibliklərində çalışan hüquqşünaslar üçün təlim seminar keçirməyi planlaşdırır. Təlim-seminarda seçki komissiyalarının fəaliyyətinin hüquqi əsasları, seçki komissiyalarının iclaslarında baxılan məsələlərin hazırlanması, qəbul edilmiş qərarların qanunauyğunluğunun təminatı, şikayət və müraciətlərə baxılması ilə bağlı beynəlxalq təcrübə və Azərbaycan Respublikasının Dövlət qulluğu haqqında qanunun tələbləri mövzusunda çıxış və müzakirələr nəzərdə tutulur. Məruzəçi qismində həmçinin Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) təmsilçiləri də iştirak edəcək.

Təlim-seminar 30 may 2008-ci ildə saat 11.00-da Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclas zalında keçiriləcək. Tədbirdə arzu edən xarici və beynəlxalq qurumların nümayəndələri də iştirak edə bilər. İştirakçıların qeydiyyatı saat 10.30-da başlayacaq.



Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[07.05.2008]
Mayın 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının  növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 12 mart  2008-cı il tarixli iclasının protokolu təsdiq edilmişdir.
Sonra MSK sədrinin müavini Svetlana Qasımova, MSK katibi Natiq Məmmədov, MSK üzvləri Tamam Cəfərova və Rövşən İsmayılov bir sıra seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsinə dair məsələ barədə məlumat vermişlər.  
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının sədri görülən işlər barədə məlumat verərək bildirmişdir ki, ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsi üzərində iş gedir və bu iş mayın sonuna qədər yekunlaşacaq. MSK isə həmin siyahını təsdiqləməlidir.
Mərkəzi Seçki Komissiyasının KİV nümnayənədələri üçün   seminar keçirdiyini xatırladan sədr belə bir tədbirin QHT-lər üçün keçirilməsinin vacibliyini vurğulamışdır. Bundan əlavə o, təlimatlar, izahlar və digər normaitiv aktlar üzərində iş getdiyini söyləmişdir.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) və Milli Demokratiya İnstitunun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[01.05.2008]
ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Xose Luis Herrero Ansola mayın 1-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ilə görüşmüşdür. Səfir təmsil etdiyi qurumun Mərkəzi Seçki Komissiyası ilə indiyə qədərki əməkdaşlığının səviyyəsini yüksək qiymətləndirmiş və qeyd etmişdir ki, qarşıdan gələn prezident seçkilərində də əməkdaşlığı daha da intensivləşdirmək fikrindədirlər. O, bildirmişdir ki, 25 apreldə jurnalistlər üçün keçirilmiş seminar prezident seçkiləri öncəsi əməkdaşlıq istiqamətində ilk addım kimi dəyərləndirilə bilər. KİV nümayəndələri üçün təlimlərin davam etdirilməsinə tərəfdar olduğunu söyləyən səfir yerli hakimiyyət, məhkəmə və polis orqanları  üçün də belə tədbirlər keçirmək istədiklərini diqqətə çatdırmışdır.
Mərkəzi Seçki Komissiyasının sədri Komissiyanın ATƏT-lə əməkdaşlığa xüsusi önəm verdiyini bildirmişdir. O, qeyd etmişdir ki, MSK da maariflənmə işinin əhəmiyyətini yüksək dəyərləndirir və məhz buna görə aşağı seçki komissiyalarının, seçicilərin  maarifləndirilmıəsiini daima diqqətdə saxlayır. KİV üçün keçirilən seminar da Mərkəzi Seçki Komissiyasının maariflənməyə əhəmiyyət verdiyinin göstəricisi sayıla bilər. MSK sədri aşağı seçki komissiyalarının maarifləndirilməsi zamanı beynəlxalq qurumlarla da əməkdaşlıq etdiklərini xatırlatmışdır. M.Pənahov prezident seçkiləri ilə bağlı məntəqə və dairə seçki komissiyaları üzvləri üçün yenə treninqlər keçirəcəklərini söyləmişdir.
MSK sədri ATƏT ilə əməkdaşlığa hər zaman hazır olduqlarını diqqətə çatdırmışdır.
Görüşdə gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılmışdır.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası